Xızıda silah anbarı partlayıb, ətrafa mərmilər səpələnib Yenilənir FOTO VİDEO

Xızıda silah anbarı partlayıb, ətrafa mərmilər səpələnib Yenilənir FOTO VİDEO Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova virtualaz.org-a bildirib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Hazırda onlar Siyəzən Diaqnostika Mərkəzinə aparılır.

Yaralıların arasında vəziyyəti ağır olan yoxdur.


***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.

“Report” Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nəticədə ərazidə partlama müşahidə olunub.
Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.
Xızıda silah anbarı partlayıb, ətrafa mərmilər səpələnib Yenilənir FOTO VİDEO
Xızıda silah anbarı partlayıb, ətrafa mərmilər səpələnib Yenilənir FOTO VİDEO
Tarix: 27-08-2017, 14:18
Xəbəri paylaş





Xəbər lenti