Bakıda evdən 20 min dollar və 80 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 20 min dollar və 80 min manatlıq qızıl oğurlanıb Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədova polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
Tarix: 28-08-2017, 13:39
Xəbəri paylaş





Xəbər lenti