Samuxda qaçırılan 20 yaşlı qız yol qəzasında həlak olub

Samuxda qaçırılan 20 yaşlı qız yol qəzasında həlak olub Samuxda yol qəzası baş verib.

“ARB 24”dən virtualaz.org-a verilən məlumata görə, hadisə Çobanabdallı-Qarabağlar avtomobil yolunun Əhmədbəyli kəndindən keçən hissəsində qeydə alınıb.


Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən Gəncə çayına düşüb. Nəticədə sürücü, Samux rayon Sərkar kənd sakini, 32 yaşlı Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini 20 yaşlı Türkan İsgəndərova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan daha iki şəxs də xəstəxanaya çatdırılıb. Qız xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata əsasən, avtomobildə olan sərnişinlərdən biri dostları ilə birgə Türkan İsgəndərovanı qaçıran zaman qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 4-09-2017, 14:01
Xəbəri paylaş





Xəbər lenti