Bakıda “Qırmızı kitab”a düşən ağacı kəsdilər

Bakıda “Qırmızı kitab”a düşən ağacı kəsdilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nizami rayonu, Nəsimi küçəsində yerləşən “Səma” mebel mağazasının qarşısındakı ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-dən Milli.Az-a verilən məlumata görə, “Səma” mebel mağazasının qarşısındakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı yaşköküstə müxtəlif diametrli 4 sərv və 1 Eldar şamı ağacının kəsildiyi məlum olub.
Aparılan araşdırma zamanı bəlli olub ki, həmin ağacların Sabunçu rayonu Qaraçuxur qəsəbə sakini Elnur Ələkbərov tərəfindən kəsilib.
Faktla bağlı akt tərtib edilib və təbiətə 2520 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nizami rayon Prokurorluğuna göndərilib.
Qeyd edək ki, Eldar şamı Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş bitkidir.
Tarix: 7-09-2017, 13:35
Xəbəri paylaş





Xəbər lenti