"O taksidir, çörəyini qazanır" - Oğurluq edən dəstə üzvləri saxlanıldı

"O taksidir, çörəyini qazanır" - Oğurluq edən dəstə üzvləri saxlanıldı Ağdamın Baharlı qəsəbə sakini Nizami Əliyevin yaşadığı evdən məişət əşyaları oğurlanıb.

ARB TV xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Atakişiyev Məhərrəm Akif oğlu, həmyaşıdı Aslanov Aslan Telmanoğlu, 2000-ci il təvəllüdlü Cabbarov Sərvər Şamil oğlu və Elşən Zeynalov saxlanılıb.


Oğurluq planını hazırlayan və adları çəkilən şəxsləri də öz əməlinə şərik edən Məhərrəm Atakişiyev oğurladıqları əşyaları 200 manata satdığını deyib. Bildirib ki, onların oğurluq əməlindən taksi sürücüsü Elşən Zeynalov xəbərsiz olub. Bu səbəbdən o, əldə olunan gəliri 3 nəfər arasında bölüb.

Saxlanılan şəxs: “Bir xəbəri var idi bilmişdi, amma onluq heç nə yoxdur. Taksi də ki, taksidir, çörəyini qazanır. Nə bilir ki, oğurluqdur. Ona da biz demişik ki, oğurluq deyil. Aslan da mənə kömək eləmişdi”.

Digər oğurluq hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 38 yaşlı Mehdi Mehdiyev avtoyuma məntəqəsindən oğurluq edib. O, dindirmə zamanı əməlini etiraf edib.

Mehdi Mehdiyev – Saxlanılan şəxs: “Mənə demədi ki, oğurluqdur. Dedi ki, ora turba qoymuşam gedin, gətirin. Oğlu ilə getmişəm”.

Hər iki faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tarix: 7-09-2017, 16:06
Xəbəri paylaş





Xəbər lenti