Azərbaycanda qandonduran ailə faciəsi

 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva əlində olan bıçaqla ehtiyyatsızlıqdan qardaşının boğazına vurub

 Azərbaycanda 17 yaşlı oğlan bacısı tərəfindən bıçaqlanaraq öldürülüb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Gədəbəy rayonunun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Alıyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları 17 yaşlı oğlanın bədbəxt hadisə zamanı öldüyünü bildirib.

Məlumata görə, S.Alıyevin bacısı, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva əlində olan bıçaqla ehtiyyatsızlıqdan qardaşının boğazına vurub. Bıçaq 17 yaşlı qardaşının boğazına girərək şah damarını kəsib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.



Tarix: 17-07-2018, 11:24
Xəbəri paylaş





Xəbər lenti