Arvadına 18 bıçaq vurub, boğazını kəsən şəxs hakim önündə - namus cinayəti


Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə 2019-cu il fevral ayının 11-də baş verib.

Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.

Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olub. 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. Xanımın başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.

Tarix: 12-07-2019, 14:38
Xəbəri paylaş





Xəbər lenti