Qız soyunub 45 metrlik körpüdən tullandı: Polis onu axtarır - VİDEO (+16)


Qız soyunub 45 metrlik körpüdən tullandı: Polis onu axtarır - VİDEO (+16)
Onun həddindən artıq sərxoş olduğu deyilir

Portuqaliyada qız soyunaraq 45 metrlik “Ponti-di-Don-Luiş 1” körpüsündən suya tullanıb. Avtosfer.az “The Sun”a istinadən məlumat verir ki, baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

Görüntülərdə, yarıçılpaq qızın cavan oğlanla körpünün təhlükəsizlik sədinin üzərində dayandıqları görülür. Sonra qıza əynindəki şalvarı çıxararaq suya tullanır. Kadırlarda da görünür ki, qız suya rahat bir şəkildə düşür və üzərək kənara çıxır. Onun şəxsiyyətini hələ ki müəyyənləşdirmək mümkün olmayıb. Şahidlərini bildirdiyinə görə, o, həddindən artıq sərxoş olub. İnsidentdən sonra hadisə yerinə polis əməkdaşları gəlib.


Lakin qız oradan qaçaraq gizlənməyə müvəffəq olub.

 

Namiq



Tarix: 19-07-2019, 17:21
Xəbəri paylaş





Xəbər lenti