Bərdədə yanğın qaçqın ailələrinin dərdini təzələdi: ev qalmadı, ilansa gizlənib

        Ferma binasında məskunlaşmış məcburi köçkün ailələri rəsmi qurumlardan köməklik gözləyir

Bu gün saat 11 radələrində Bərdə rayonunun Samux kəndində məcburi köçkünlərin məskunlaşdığı ferma binasında yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın zamanı Ağdam və Laçın rayonlarından burada məskunlaşmış 4 ailəyə ziyan dəyib. Yanğın barədə danışan Ağdam rayon Əlimədədli kənd sakini Quliyeva Rəşadə belə deyib: “Biz həyətdə qab yuyurduq. Bir də gördük ki, şiferin altından tüstü qalxır. Yəqin ki, köhnə naqillərdə qısaqapanma yaranıb. Məişət cihazlarının heç biri - nə soyuducu, nə televizor, nə də elektrik sobası - şəbəkəyə qoşulmamışdı“.

Samux kəndində məcburi köçkünlərin məskunlaşdığı ferma binasında yanğın hadisəsi baş verib

Ailənin digər üzvü Quliyeva Səmayə isə bildirib ki, yanğınsöndürənlərə məlumat verib, gözləyənə qədər qonşular fədakarlıq göstərib, yanğının yayılmasına imkan verməyiblər. Yanğınsöndürmə briqadası hadisə yerinə yetişməklə dərhal alovun ram edilməsinə nail olub.Hadisə yerinə çağırılan Bərdə Təcili Tibbi Yardım Mərkəzinin növbətçi həkimi Cəlahani Əsgər bildirib ki, iki nəfər - Sarıyev Şəmixan və Məmmədov Ərəstun - yanğını söndürərkən yüngül xəsarətlər alıb. Ancaq onların səhhəti üçün qorxulu hal yoxdur. Hər ikisinin vəziyyəti qənaətbəxş, kafidir.
.

Samux kəndində məcburi köçkünlərin məskunlaşdığı ferma binasında yanğın hadisəsi baş verib
© SPUTNİK / MUSA MURADLİ
Samux kəndində məcburi köçkünlərin məskunlaşdığı ferma binasında yanğın hadisəsi baş verib

Laçın rayon sakini Qəndab Həşimova da yanğından zərər çəkib. Qonşuda baş verən yanğın onun da evinin damının sıradan çıxmasına səbəb olub: ”Uşağım çox, özüm də şəkər xəstəsiyəm. Həyəcandan nə elədiyimi belə bilmirdim. Başıma döyməkdən özümü əldən saldım. Qorxduğum şey çöldə qalmaq idi. Çox sağ olsun ki, qonşularımız kömək eləməklə yanğının qarşısı alındı”.

Əlavə olaraq bildirək ki, burada yaşayan məcburi köçkünlər yaşadıqları şəraitdən narazılıqlarını bildiriblər.

Zərərçəkmişlərdən biri də Laçın rayon sakini Fəridə Paşayevadır: "Bizim də evimiz yanıb. Ev əşyalarımız, soyuducu, televizor, trümo yanaraq sıradan çıxıb”.

  • Samux kəndində məcburi köçkünlərin məskunlaşdığı ferma binasında yanğın hadisəsi baş verib
  • Samux kəndində məcburi köçkünlərin məskunlaşdığı ferma binasında yanğın hadisəsi baş verib
  • Samux kəndində məcburi köçkünlərin məskunlaşdığı ferma binasında yanğın hadisəsi baş verib
1 / 3
© SPUTNİK / MUSA MURADLİ
Samux kəndində məcburi köçkünlərin məskunlaşdığı ferma binasında yanğın hadisəsi baş verib

Laçın rayon sakini, məcburi köçkün Şahbazov Telman qeyd edib ki, onlar 1992-ci ildə Laçının işğalından sonra burada məskunlaşıblar. Yaşadıqları ferma binası 1953-cü ildə işçilər üçün tikilibmiş. Binanın üstü, ara divarları qarğı, qamışdan işlənib. Hazırda burada ağır həyat şəraiti mövcuddur: "Yaxınlarda evin içində qorxunc, nəhəng bir ilan gördük. Öldürə bilmədik. Qaçıb gizlənə bildi. Bu gün də onun qorxusundan həyəcan keçiririk. Hər an hansısa birimizi sanca bilər. "Qaçqınkom"a, "Sanepidemstansiya"ya, kimə desək də, əhəmiyyət vermirlər. Lazım olan dərmanlarla nə buranı dezinfeksiya edirlər, nə də bizim şəraitimizi yaxşılaşdırmaq üçün başqa bir tədbir görürlər. İndi də bizə yenə kömək lazımdır. Gətirib çadır vermirlər ki, tikilinin üstünə atıb əşyalarımızı içəri yığaq. Gecə yağsa, üstümüzə yağacaq”.

Ferma binasında məskunlaşmış sakinlər Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Bərdə nümayəndəliyini məlumatlandırdıqlarını, rəsmi qurumdan isə günün ikinci yarısında onlarla görüşəcəklərini bildiriblər. 



Tarix: 25-07-2019, 21:57
Xəbəri paylaş





Xəbər lenti