"Hər dəfə ayrı-ayrı oğlanlarla görüşürdü" - Şəmkirdə bibisinə 12 bıçaq vuran gənc


"Hər dəfə ayrı-ayrı oğlanlarla görüşürdü" - Şəmkirdə bibisinə 12 bıçaq vuran gəncŞəmkirdə bibisini qətlə yetirən 20 yaşlı gəncin istintaqa verdiyi ilkin ifadəsi məlum olub.

Siam.az  Report-a istinadən xəbər verir ki, A.Zamanov ilkin ifadəsində bibisini qısqanclıq zəminində öldürdüyünü bildirib:

"Tez-tez telefonda kiminləsə danışır, görüş yeri təyin edirdi. Əvvəl elə bilirdim ki, sevdiyi oğlan var. Bir neçə dəfə izlədim, telefonla danışıb evdən çıxandan sonra arxasınca getdim. Gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür. Axşam evə gələndə soruşdum ki, haradan gəlirsən? O, da mənə dedi ki, "özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən". Biz mübahisə elədik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla başladım bibimə zərbələr vurmağa. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam".
Tarix: 26-07-2019, 15:18
Xəbəri paylaş





Xəbər lenti