Sumqayıtda 6 nəfərin yaralandığı partlayışdan görüntülər - VİDEO


Sumqayıtda 6 nəfərin yaralandığı partlayışdan görüntülər - VİDEO

Sumqayıtda  mənzillərdən birində qaz sızması nəticəsində baş verən partlayış nəticəsində xəsarət alanların sayı və şəxsiyyəti məlum olub. 
Xeberle.com-un məlumatına görə, xəsarət alanlar – Aydın Əhmədov (1981), Yaşar Hacıyev (1967), Rafael Əliyev (1962), Dəyanət Zeynalov (1982), Rəhman Həsənov (1962) və Vüqar Rəhmanovdur (1993).
Xəsarət alanlar ilk olaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onlara ilkin tibbi yardım göstərilib və 1 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Digər 5 nəfər isə Bakı şəhərinə Yanıq Mərkəzinə göndərilib. Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir. Yaralılardan 2 nəfəri "Azəriqaz” İstehsalat Birliyində qaynaqçı və mühəndis işləyən şəxslərdir. 
Faktla bağlı araşdırma aparılır. 
Tarix: 27-07-2019, 08:08
Xəbəri paylaş





Xəbər lenti