Bərdədəki DƏHŞƏTLİ OLAYIN - bəzi təfərrüatları məlum olub


Bərdədəki DƏHŞƏTLİ OLAYIN
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb

Şəxsiyyətləri məlum olmayan ana və qızı ov tüfəngi ilə qətlə yetirilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.



***

Ağdam sakini anasını və bacısını öldürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Zeynallı Toğrul Musa oğlu qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Zeynalova Nazirə Həmid qızını ov silahı ilə atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Zeynallı Əminə Həmid qızı evdən qaçıb. Bacısının arxasınca düşən T. Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürərək qaçıb.

Hazırda Bərdə rayonunun Polis Şöbəsinin əməkdaşları T. Zeynallının saxlanılması ilə bağlı əməliyyat keçirir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb
Tarix: 1-06-2020, 09:46
Xəbəri paylaş





Xəbər lenti