Düşmən təhlükəsizliyinə nə qədər arxayındırsa, atası azərbaycanlı general Qarabağda…-FOTOLAR





Azərbaycanın ermənilərə işğal etdirilmiş 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejim Xankəndidə qanunsuz “ milli təhlükəsizlik xidməti”nin xüsusi təyinatlı idarəsi üçün yeni bina tikdirir.

Moderator.az xəbər verir ki, bu haqda informasiya və foto-görüntü sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Digər xəbərlərə görə, iyunun 6-da qondarma rejimin yeni “seçilmiş” rəhbəri Araik Arutyunyan bəhs edilən idarənin hazırkı binasında əməkdaşlarla görüş keçirib.
Xatırladaq ki, mayın sonunda separatçı-terrorçu rejimin “milli təhlükəsizlik xidməti”nin rəhbərliyinə keçmiş “daxili işlər” “naziri” general-mayor Kamo Ağacanyan gətirilib.

Moderator.az bu haqda məlumat verməklə yanaşı, general Kamo Ağacanyan Xocavənd rayonunda doğulub və atası azərbaycanlıdır…(bax:https://www.moderator.az/news/327428.html )
P.S. Düşmən Azərbaycan torpağında təhlükəsizliyinə nə təhər arxayındırsa, atası azərbaycanlı olan generala “milli (!) təhlükəsizlik xidməti”ni etibar edir və ona həmin qurumun yeni binasını tikdirir…

Sultan Laçın
Tarix: 9-06-2020, 09:15
Xəbəri paylaş





Xəbər lenti