DTX UNİVERSİTETDƏ ƏMƏLİYYAT KEÇİRDİ, DEKAN VƏ KATİBLƏRİ SAXLANILDI – Əməliyyatın detalları...

DTX UNİVERSİTETDƏ ƏMƏLİYYAT KEÇİRDİ, DEKAN VƏ KATİBƏLƏRİ SAXLANILDI – Əməliyyatın detalları...


Bu gün axşam saatlarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncədə yerləşən Dövlət Aqrar Universitetində əməliyyat keçirib.
Hurriyyet.az-ın bölgə müxbiri xəbər verir ki, universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb.
Məlumata görə, DTX əməkdaşları Famil Nəsibovun katiblərini də saxlayıb.
Qeyd edək ki, əməliyyatın hansı səbəbdən keçirilməsi ilə bağlı heç bir rəsmi məlumat verilmir. Məsələ ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Tarix: 31-01-2023, 20:49
Xəbəri paylaş





Xəbər lenti