Yarım milyonluq dələduzluq edən qızıl alverçisi məhkəmə qarşısında


Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Gülnarə Mirzəyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
İş hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 
İttihama görə, qızıl-zinət alveri ilə məşğul olan Gülnarə Mirzəyeva vətəndaşlara qarşı dələduzluq edib. O, həmin şəxslərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
 
Cinayət işi üzrə 6 zərərçəkmiş var.
 
Məlumata görə, qadın vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edib.
 
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Tarix: 1-02-2023, 08:42
Xəbəri paylaş





Xəbər lenti