Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib - ölənlərin sayı 23-ə çatıb, 420 nəfər yaralanıb

Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib
Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.

Bunu bu şəhərin meri Zeydan Karalar “Habertürk” telekanalının efirində deyib.

“3 yaşayış binası, o cümlədən 17 və 14 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hələ də onlara yaxınlaşa bilməyib. Hələlik itki yoxdur”, - deyə o bildirib.


***

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.

Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.
Tarix: 6-02-2023, 08:21
Xəbəri paylaş





Xəbər lenti