Kapital Bank-da oğurluq – Cinayətin görüntüləri niyə verilmir?


Bakıda Kapital Bank-da oğurluq hadisəsi qeydə alınıb.

Hadisə bankın Xırdalan şəhəri, Qəzənfər Musabəyov küç.-də yerləşən filialında baş verib.

Belə ki, fevralın 6-sı, saat 16:00 radələrində Aygül Nəsibqızına məxsus telefon oğurlanıb.

Hadisədən sonra zərərçəkən şəxs polisə müraciət edib, lakin polis görüntüləri filialdan ala bilməyib: “Dedilər ki, məhkəmə qərarı olmadan videogörüntüləri verə bilmərik”.
Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov Bakupost.az –a bildirdi ki, şikayətlə bağlı bankın baş ofisinə müraciət olunmalıdır:

“Oğurluq hadisəsindən sonra zərərçəkən şəxs polisə müraciət edir. Daha sonra polis Kapital Bank-ın baş ofisinə müraciət edir ki, sizdə belə bir hadisə olub. Bank tərəfindən müsbət rəy verildikdən sonra həmin görüntülər bazadan çıxarılır və polisə təqdim edilir”.
Tarix: 8-02-2023, 17:34
Xəbəri paylaş





Xəbər lenti