Bakıda “kepkalı” oğruya cəza kəsildi: - Pulları "İron" oteldə xərcləyib...

Bakıda “kepkalı” oğruya cəza kəsildi:
Bakıda oğruluq edən şəxsə hökm oxunub. SİAM.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisəni törədən 1983-cü il tarixdə İsmayıllı rayonu, Buynuz kəndində doğulmuş, Bakıda mebel ustası işləyən İsmayıl Zərbalıyevdir.

O, 17 iyul 2022-ci il tarixdə saat 23:50 radələrində Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 9C saylı binada mənzillərdən birinə daxil olub. İsmayıl Zərbəliyev yataq otağında yerləşən paltar dolabında quraşdırılmış dəmir seyfin qapısını mənzildə tapdığı açarla açaraq 5 900 ABŞ dollarını, 6 970 manat nağd pulu, bir ədəd 750 əyarlı 1400 manat dəyərində olan "Mesika” markalı 6 qramlıq qızıl bilərziyi, bir ədəd ortasında tək briliyant qaşı, kənarlarında tökmə briliyant qaşlar olan 750 əyarlı 2000 manat dəyəri olan 6 qramlıq qızıl üzüyü, bir ədəd 585 əyarlı 500 manat dəyərində olan 4 qramlıq qızıl üzüyü, ümumi çəkisi 8 qram, üzərində qəpik formasında qızıl kulon olan 800 manat dəyərində 585 əyarlı qızıl boyunbağını, bir ədəd 585 əyarlı 500 manat dəyərində 4 qramlıq qızıl boyunbağını, bir cüt saçaqlı 750 əyarlı 1300 manat dəyərində olan 10 qramlıq qızıl sırğaları, bir cüt 750 əyarlı 1000 manat dəyərində olan 4 qramlıq uşaq sırğalarını, ümumi dəyəri 600 manat olan qadın kosmetikasını, 90 manat dəyərində qadın "kepka”sını oğrulayaraq zərərçəkmiş şəxsə ümumilikdə 25 190 manat məbləğində ziyan vurub.

O, tanınmamaq üçün dəhlizdə olan dolabdan götürdüyü qadın "kepka”sını başına qoyaraq mənzildən çıxıb. Lakin polis elə həmin "kepka” ilə müəyyən edərək saxlayıb.

İstintaq zamanı məlum olub ki, İsmayıl Zərbalıyev oğurladığı pul və qızılları götürüb "Vorovski” deyilən ərazidə yerləşən «İron» adlı otelə gedərək 2 gün orada qalıb. Qızıl-zinət əşyalarının isə bijuteriya olduğunu zənn edərək onları otelin yaxınlığındakı zibil qutusuna atıb.

İsmayıl Zərbalıyevə məhkəmənin hökmü ilə 1 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Tarix: 9-02-2023, 18:23
Xəbəri paylaş





Xəbər lenti