Əsrin fəlakəti: Ölən və yaralananların sayı artıb


Əsrin fəlakəti: Ölən və yaralananların sayı artıb

Bazar ertəsi, fevralın 6-da Türkiyəni Kahramanmaraşda iki güclü zəlzələ silkələdi. İlk zəlzələ saat 04:17-də Pazarcık rayonunda 7,7 bal gücündə baş verib. Daha sonra saat 13.24-də növbəti - episentri Elbistan rayonunda olan, maqnitudası 7,6 bal gücündə olduğubildirilən zəlzələ baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Agentliti (AFAD) saytında yer alan məlumata görə, zəlzələ 7 kilometr dərinlikdə baş verib.
Əsrin fəlakəti adlandırılan zəlzələ; Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Zəlzələnin 5-ci günündə 10 vilayətdə həlak olanların ümumi sayı 17 min 674-ə yüksəlib. Yaralıların sayının 72 min 879, dağılan binaların sayının isə 6 min 444 olduğu açıqlanıb.
Digər tərəfdən, daxili işlər naziri Süleyman Soylu zəlzələdə indiyədək 120 polis və 32-dən çox jandarma əməkdaşının həyatını itirdiyi barədə məlumatı paylaşıb.
Zəlzələ nəticəsində dağıntılar altında qalanların sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Zəlzələlərdən sonra bölgədə 1400-dən çox yeraltı təkan baş verib.
Uçmuş binaların dağıntıları altında qalan vətəndaşların xilas edilməsi üçün işlər bütün sürəti ilə davam edir.
10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələ ilə əlaqədar Milli Təhsil Naziri Mahmud Özer ölkə daxilində təhsilin fevralın 20-dək dayandırıldığını açıqlayıb. Nazir Özer: "Yaşadığımız zəlzələ fəlakəti səbəbilə Türkiyədə təhsildən aldığımız fasiləni fevralın 20-nə qədər uzatmağa qərar verdik", - deybi. Digər tərəfdən, nazir Özer də NTV-nin canlı yayımında zəlzələ bölgəsindəki məktəblərə davamiyyətin tələb olunmayacağını açıqlayıb.
Tarix: 10-02-2023, 09:08
Xəbəri paylaş





Xəbər lenti