“Qonşusunu söyür, bıçaqla yaralayır, polis işi bağlayır” – Açıqlama


Lənkəran rayon polis idarəsində cinayət işinin bağlanması üçün rüşvət istənildiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Xədicə İsmayıl feysbuk profilində yazıb.
“Lənkəran rayon polis idarəsində bir iş üzrə 10 000 rüşvət istəyirlər. Qalib Abıyev adlı bir nəfər qonşusunu davamlı söyür, sonra bıçaqla yaralayır, polis işi bağlayır.  Qonşular tələb edir ki, adamı ya ruhi dispanserdə, ya polisdə təcrid eləsinlər, videosübutlar olmasına baxmayaraq, polis tədbir görmür. Bir müddət sonra yenidən dalaşma olur, Qalib Abıyev qonşusunun barmağını sındırıb, o daha güclü çıxıb, bunu döyüb. Qalib Abıyevi həkimə aparıblar, heç bir ciddi xəsarəti yoxmuş. İki gün sonra polis barmağı sınan qonşunu tutub, deyir 10000 manat gətirməsəniz, tuturuq. Saxta ekspertiza rəyi də düzəldiblər guya daxili qanaxma var”, - paylaşımda bildirilib.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, məsələ araşdırılır:
“Nəticəsi barədə məlumat veriləcək”.
Tarix: 12-02-2023, 13:18
Xəbəri paylaş





Xəbər lenti