Hacıqabulda qanunsuz ov edən dəstə saxlanıldı


Hacıqabulun Meyniman kəndində müvafiq icazə olmadan qanunsuz ov edən beş nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Siam.az-a verilən məlumata görə, araşdırmalarla onların Abşeron rayon sakinləri O. Nağıyev və T. Nağıyev, Bakı şəhər sakinləri O. Mirzəyev və A. Əsədov, Tovuz rayon sakini İ. Nağıyev olduqları müəyyən edilib.
Şöbə əməkdaşları həmin şəxslərdən 2 ədəd ov silahı, 23 ədəd patron və qanunsuz olaraq ovlanmış 3 ədəd çöl ördəyi aşkarlayaraq götürüb.
Hazırda faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Tarix: 12-02-2023, 22:15
Xəbəri paylaş





Xəbər lenti