Türkiyədə 6.4-lük yeni zəlzələ: Tsunami təhlükəsi elan edildi


 
Türkiyədə zəlzələnin dağıtdığı bölgədə, Hatay mərkəz olmaqla, daha iki güclü zəlzələ baş verib.
CNN Türk kanalı məlumat yayaraq zəlzələnin Hatay, Adana və digər bölgələrdə ciddi şəkildə hiss olunduğunu bildirib. Yeraltı təkanların gücü Rixter şkalası üzrə 6.4 bal gücündə olub. Bu təkanın ardından ikinci bir silkələnmə meydana gəlib. 5.8 bal gücündə olan ikinci təkan da ciddi hiss olunub. Zədəli binaların çökdüyü barədə ilkin məlumat var.
Hazırda AFAD əməkdaşları və təcili yardım maşınları zəlzələ baş verən əraziyə doğru yol alıblar.
CNN Türk-ün verdiyi məlumata görə, çökən binaların altında qalanlar var. 
Zəlzələ böyük panikaya səbəb olub və zəlzələdə evlərini itirərək çadırlara yerləşdirilmiş vətəndaşlar çadırları da tərk ediblər.
Son təkanların baş verdiyi bölgədə AFAD, təcili yardım, arama-xilasetmə qrupları maşınlarla gəzərək dağıntıların yerini təspit etməyə çalışırlar.
Avropa-Akdeniz seysmoloji mərkəzi tsunami barədə xəbardarlıq edib.
 Musavat.com 



Tarix: 20-02-2023, 22:17
Xəbəri paylaş





Xəbər lenti