Hataydakı zəlzələdə ölən və yaralananların sayı artıb

Süleyman Soylu: "Zəlzələlər davam edir"
Türkiyədə baş verən yeni zəlzələlər nəticəsində üç nəfər həlak olub.
AYNA Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 213 nəfər yaralanıb: “Hazırda axtarış-xilasetmə qruplarımız tam sürətlə digər xəbərlərə getməyə çalışırlar. Bu gün axşam saatlarında riskli binalara girməmək barədə xəbərdarlıq etmişik. Bu son dərəcə risklidir. Zəlzələlər davam edir. Heç bir qiymətləndirmə olmadan həmin binalara girmək fəlakətlərə səbəb ola bilər”.
Tarix: 21-02-2023, 08:03
Xəbəri paylaş





Xəbər lenti