Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 
verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil 
olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Ağcəbədi rayon 
sakinləri Azər Həsənli və Həsən Hüseynov rayonunun Sarıcalar kəndi ərazisində 
saxlanılıblar. 

Həmin şəxslərdən təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə - 
heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. 
Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.
Araşdırmalar zamanı A.Həsənlinin və H.Hüseynovun kənd ərazisində 
gizlədilən narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan 
yerə çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə  
bunun müqabilində 50 qram heroin verəcəyini vəd edib.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, 
saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan 
tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində 
tədbirlər davam etdirilir.
Tarix: 23-02-2023, 18:24
Xəbəri paylaş





Xəbər lenti