Ağdamda əqli qüsurlu hərbçi komandirini güllələyib? – İddia



Ağdamda hərbi hissələrin birində əsgərin öz komandirini güllələdiyi iddia edilir.
Siam.az Yeniavaz.com-a istinadən
xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.
“Ağdamın N saylı hərbi hissəsində əsgərin öz komandiri, Ağdamın Zəngişalı kənd sakini, 1995-ci il təvəllüdlü Vüqar Məmmədalı oğlu Əliyevi xidməti silahı ilə vuraraq öldürdüyü deyilir. Qaradağ sakini (Y. N. A.) olan hərbçi saxlanılıb. Onun əqli qüsurlu olduğu iddia olunur. Rəsmi məlumat yoxdur”, - məlumatda bildirilib.
SİAM.AZ-dan:-Hər halda, əgər bu fakt təsdiqlənərsə, ilk növbədə əqli qüsurlu bir şəxsin nədən orduya cəlb olunması faktı araşdırılmalıdır. Əslində buna qədər də ordumuzda bənzər olaylar baş verib. Lakin hər dəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinin MÜCƏRRƏD ŞƏXSİ NÜFUZU sayəsində sözügedən qurum mühakimə hədəfi olmaqdan yayına bilib. Amma bu dəfə məsələ mütləq şəkildə araşdırlımalı və günahkarlar cəzalanmalıdır. Çünki artıq ənənə halını almaqdadır... 
Tarix: 7-03-2023, 13:01
Xəbəri paylaş





Xəbər lenti