Saatlıda qanunsuz ov silahları müsadirə olunmuşdur


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Siam.az-a verilən məlumata görə, tədbirlər nəticəsində rayon sakinləri D.Süleymanovdan və M.Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.
Tarix: 9-03-2023, 14:59
Xəbəri paylaş





Xəbər lenti