“Zeytun Pharmaceuticals” iki maddə ilə - MƏHKƏMƏYƏ VERİLDİ

“Zeytun Pharmaceuticals” iki maddə ilə
"Zeytun Pharmaceuticals" MMC-yə ticarət qaydaları əleyhinə olan (Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması) və (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) inzibati xəta protokolu tərtib olunub.

Siam.az FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 451-ci və 452.3-cü maddələri ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə görə nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 150 manat məbləğində cərimə edilir.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılarkən nəzarət markası olmayan malların, məmulatların və məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz.

Həmin məcəllənin 452.3-cü maddəsinə görə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək məbləğdə, hüquqi şəxslər 1000-2000 manatadək məbləğdə cərimə edilir.

İşlərə Bakı Şəhər Nərimanov Rayon məhkəməsində baxılır. 451-ci maddə əsasında açılmış məhkəmə işi hakim Hafiz Kamranovun və Gültəkin Əsədovanın icraatındadır.

Hakim Gülətkin Əsədovanın icraatında olan işlə bağlı baxış iclası 27.03.2023, saat 11:10-a təyin edilib.

452.3-cü maddə əsasında açılmış məhkəmə işi də hakim Gültəkin Əsədovanın icraatındadır. Bu məhkəmə ilə bağlı baxış iclası 27.03.2023-cü ildə 11:20-yə təyin edilib.
Tarix: 15-03-2023, 18:23
Xəbəri paylaş





Xəbər lenti