Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən var


 
Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.
"Report"un məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.
Onlardan biri - 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.
Digər qadın ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 26-03-2023, 11:17
Xəbəri paylaş





Xəbər lenti