Azərbaycan bayrağını yandıran erməni sərbəst buraxıldı - BAŞQA NƏ OLACAQDI Kİ...

Azərbaycan bayrağını yandıran erməni sərbəst buraxıldı
Ağır atletika üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağını yandırdığı üçün polisə aparılan və barəsində xuliqanlıq maddəsi ilə cinayət işinin başlandığı bildirilən erməni gecə yarısı sərbəst buraxılıb.

Siam.az musavat.com-a istinadla bildirir ki, bununla bağlı barbarlıq nümayiş etdirən dizayner Aram Nikolyanın vəkil Aleksandr Koçubayev açıqlama verib.

Yayılan kadrlardan görünür ki, ermənilər beynəlxalq yarışlarda barbar əməlini bütün dünyaya nümayiş etdirən Nikolyanı az qala “qəhrəman” kimi qarşılayıblar.

Qeyd edək ki, sözügedən tədbirdə baş nazir Nikol Paşinyan da iştirak edirdi.
Tarix: 15-04-2023, 09:31
Xəbəri paylaş





Xəbər lenti