Anar Əsədli həbs edildi - KİV


Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin həbs edilməsi ilə bağlı xəbər yayılıb.
Siam.az xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb.
Bildirilib ki, o ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Anar Əsədliyə qarşı Cinayət Məcəllisinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Barəsində məhkəmə qərarı ilə 2 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, A.Əsədli ötən günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi.
Tarix: 21-04-2023, 23:30
Xəbəri paylaş





Xəbər lenti