TƏBİB: Gəncədə xəstəxanadakı yanğınla bağlı 58 nəfər təxliyə edilib


 
TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
Bu barədə TƏBİB-dən xəbər verilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib.
Vəziyyət nəzarət altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
Gəncə şəhərində xəstəxanada yanğın olub.
Siam.az report-a istinadən xəbər verir ki, hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib.
Əraziyə yanğınsöndürən avtomobillər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır
Tarix: 26-04-2023, 11:50
Xəbəri paylaş





Xəbər lenti