Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır



Axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub.
Güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər, Ağkənd və 
Çaylı kəndlərində  fərdi təsərrüfatlara, taxıl, arpa, yonca, meyvə bağlarına və digər 
kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəymişdir.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon 
fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata 
keçirilməsinə başlanılmış, ötürücü su arxları təmizlənərək, kəndlərə daxil olan sel 
sularının qarşısının alınması işləri aparılır.
Həmçinin rayonun Həsənqaya, Çaylı, Qaynaq, Yuxarı Qaradağlı, Qaraağacı, 
Qapanlı, Düyərli, İrəvanlı, İsmayılbəyli, Səhlabad, Yuxarı Qapanlı, Qazyan, Soyulan 
və Əskipara kəndlərinə yağan güclü dolu nəticəsində vətəndaşlara məxsus 
təsərrüfatlara və əkin sahələrinə də ziyan dəymişdir. 
Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim 
Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə sel hadisəsi baş verən 
Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı təcili 
tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.
Tarix: 1-05-2023, 09:15
Xəbəri paylaş





Xəbər lenti