Hərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində ölüb


 
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Ramil İlham oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən Musavat.com-a məlumat verilib.

Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Tarix: 2-05-2023, 23:48
Xəbəri paylaş





Xəbər lenti