SON DƏQİQƏ! Bakıda polislər bıçaqlandı


 
Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.
Siam.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Şüvəlan qəsəbəsində baş verib.
Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa, o, öz qohumu, 1966-cı il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.
Tarix: 6-05-2023, 23:11
Xəbəri paylaş





Xəbər lenti