Türkiyədə ağır yol qəzası: 12 ölü, 31 yaralı


Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib
Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsində 12 nəfər ölüb.
AYNA  xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
Nazir qeyd edib ki, zəncirvari qəzada 31 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib.  
Qeyd edək ki, yük avtomobili əsgərləri yola salan izdihama çırpılıb. Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb.
Tarix: 7-05-2023, 08:08
Xəbəri paylaş





Xəbər lenti