Düşmənin məntiqsiz CAVABI: Ermənistan günahsız hərbçimizi bu səbəbdən həbs etdi

Düşmənin məntiqsiz CAVABI: Ermənistan günahsız hərbçimizi bu səbəbdən həbs etdi

Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində düşmən tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. Düşmənin bu addımı beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaqla yanaşı, həm də əsl erməni xislətini ortaya qoyub. Bu xəbər Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi etirazla qarşılanıb. Bəs görəsən, bu məsələ ilə bağlı Azərbaycan hökuməti hansı addımlar atmalıdır? Ümumiyyətlə, əsir hərbçilərimizi geri qaytarmaq üçün nə etməliyik? 
Mövzunu Konkret.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın Azərbaycan hərbçisini həbsə atması ölkəmizə qarşı qeyri-konstruktiv siyasətin nəticəsidir: “Məlumdur ki, Azərbaycanda erməni diversantlar var və onlar təxribatçı əməllərinə görə həbs olunublar. Ermənistan isə bizim günahsız hərbçimizi həbs etməklə buna cavab verdiyini düşünür. Baxmayaraq ki, əsgərimiz yolu azıb və silahsız olub. Üstəlik ona ermənilərin işgəncə verməsi video görüntülərdə əks olunub. Ortada heç bir cinayət faktı yoxdur. Hesab edirəm ki, Azərbaycan bu qondarma cəza ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməli və Ermənistana qarşı ciddi təzyiqlərə nail olmalıdır”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Paşinyanla Brüsseldə gözlənilən görüşündə bu məsələni qaldıracaq: “Çünki ortada heç bir cinayət faktı yoxdur. Nəzərə alınmalıdır ki, Ermənistan tərəfindən də bir neçə dəfə yolu azaraq Azərbaycana keçən hərbçilər sağlam şəkildə qarşı tərəfə təhvil verilib. Əgər Ermənistan əsgərimizi yaxın zamanda həbsdən azad etməsə, o zaman Azərbaycan da eyni adekvat addımları atacaq və yolu azaraq ərazimizə keçən bütün erməni hərbçilərinə cəza veriləcək”.
Tarix: 8-05-2023, 22:56
Xəbəri paylaş





Xəbər lenti