Krımda hərbi helikopter qəzaya uğradı: Ölənlər var


Krımın Cankoy rayonunda Mi-28 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Krım Respublikasının Cankoy rayonunda planlı təlim uçuşunu yerinə yetirərkən Mi-28 helikopteri qəzaya uğrayıb. Uçuş döyüş sursat yükü olmadan həyata keçirilib. Yerdə dağıntı olmayıb. Hər iki pilot həyatını itirib”, - deyə nazirlikdən bildiriblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzanın ilkin səbəbi texniki nasazlıqdır. Qəzanın bütün səbəblərinin və baş vermə şəraitinin aydınlaşdırılması üçün hadisə yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanlığının komissiyası göndərilib.//Oxu.az
Tarix: 13-05-2023, 12:00
Xəbəri paylaş





Xəbər lenti