Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs ailəli imiş - VİDEO


Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxsin yaxınları danışıblar.
 
Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.
 
Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.
 
Saxlanılan şəxsin qohumu Günel Kavazova mövzunu eşitdikdə təəccübləndiyini qeyd edib:
 
“Məsələni bu gün eşitmişəm. Təəccübləndim, ailəli adamdır. Son dəfə onu bu gün görmüşəm”.
 
Daha ətraflı Baku TV-nin süjetində:
 

Tarix: 23-05-2023, 09:25
Xəbəri paylaş





Xəbər lenti