At və uzunqulaq əti mal əti adı altında satılır? - Video


İsmayıllı rayonunun Xanagah kəndindəki meşəlik ərazidə at və uzunqulaq leşləri aşkar edilib.

SİAM.AZ Xezerxeber.az-a istinadla xəbər verir ki, sözügedən ərazidə antisanitar vəziyyət hökm sürür.
Leş və sümüklər 4-5 metr dərinliyi olan xəndəyə atılıb. İddia edilir ki, həmin heyvanlar kəsilərək mal əti adı altında satılır.
İddialara görə, heyvanların leşi əraziyə yük maşınları tərəfindən boşaldılır.
Məsələ ilə bağlı Şamaxı Regional Meşə Təsərrüfat Mərkəzindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Hadisəni törədən şəxslərin aşkar olunması üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib.
Bildirilib ki, həmin şəxslər müəyyən edildikdən sonra sərt tədbirlər görüləcək.
Ətraflı videomaterialı təqdim edirik:

Tarix: 27-05-2023, 22:59
Xəbəri paylaş





Xəbər lenti