Buzovnada dənizkənarı yenidən hasarlandı - VİDEO


Paytaxtın Buzovna qəsəbəsi, Zuğulba adlanan ərazidə çimərliyin sahilyanı ərazisi hasarlanıb. Sakinlər dəniz kənarında hərəkətə mane olan hasarın sökülməsini istəyirlər.
 
Onlar deyir ki, hər dəfə bura gələndə qayaların üzərindən keçmək məcburiyyətində qalırlar.
 
“Xəzər Xəbər” mövzu ilə bağli ötən gün Xəzər rayon İcra Hakimiyyətinə müraciət etsə də, qeyri-iş günü olduğu üçün bu gün açıqlama veriləcəyi bildirilib.
 
Bu gün isə İcra Hakimiyyəti sorğunu yenə cavablandırmayıb.
 
Sakinlər ümid edir ki, onların gediş-gəlişinə mane olan hasar  sahildən söküləcək.
 

Tarix: 31-05-2023, 08:23
Xəbəri paylaş





Xəbər lenti