Biləsuvara sel gəldi - Kəndlərə giriş-çıxışlar nəzarətə götürüldü - YENİLƏNDİ


Görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib. 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılır. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir.

Bu barədə FHN-in Muğan regional mərkəzinin xüsusi xilasetmə hissəsinin rəisi Fərabi Əmrahov bildirib.
 
***
 
07:50
 
Biləsuvara sel gəlib. Bir kəndin sakinlərini köçürüblər.

İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Çay ətrafında olan kəndlər üçün təhlükə yaranıb. Yuxarı Ağalı kəndini əhalisi təxliyə olunub. Həmçinin Cəlilabad - Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub.

Biləsuvarda sel təhlükəsi ilə bağlı Muğankənd və Amankənd sakinləri də təxliyə olunub.

Əraziyə FHN-in Muğan regional mərkəzin əməkdaşları, eləcə də FHN Muğan və Lənkəran hərbi hissələrinin əsgərləri cəlb olunub. Kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb. Sel təhlükəsi aradan qalxana kimi qurum nümayəndələri ərazidə xidmət aparacaq./APA
Tarix: 31-05-2023, 09:29
Xəbəri paylaş





Xəbər lenti