Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib


Rayonun elektrik və qaz təchizatına ziyan dəyib
Sel səbəbindən Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib.
SİAM.AZ APA-ya istinadən xəbər verir ki, axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda da bəzi fəsadlar törədib.
Sel nəticəsində dağlardan qopan qaya parçaları və lil İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb.
Bundan əlavə, rayonun elektrik və qaz təchizatına ziyan dəyib.
Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Fərdi evlərə, taxıl və bostan sahələrinə zərər dəyib.
Hazırda Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür.
Tarix: 1-06-2023, 10:47
Xəbəri paylaş





Xəbər lenti