Sumqayıtda zavodda güclü yanğın - VİDEO


Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın başlayıb.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
 
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 

 
Tarix: 13-06-2023, 12:37
Xəbəri paylaş





Xəbər lenti