Külə dönən bazarda satıcılar fəryad edirlər - VİDEO


Bərdədə"Köhnə bazar" adlanan ərazidə yanğın baş verib.
SİAM.AZ BAKU TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 27 mağaza yanıb. Onlardan 8-i tamamilə kül olub.

Satıcılar onlara 30-120 min manat arasında ziyan dəydiyini bildiriblər.


"Mallarımın hamısı yanıb kül oldu. Ayda 600 manat kredit verirəm. Necə ödəyəcəyimi bilmirəm", - deyə satıcı Lalə Quliyeva deyib.

Ətraflı BAKU TV-nin süjetində:
Tarix: 16-06-2023, 08:11
Xəbəri paylaş





Xəbər lenti