Zərdabda 1 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib


Zərdab Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Siam.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Məlumata görə, tədbirlər zamanı Kür çayının rayonun Bıçaqçı kəndi ərazisindən keçən hissəsinin sahilində yabanı halda bitən, ümumi çəkisi 1 ton 457 kiloqram olan 1965 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.
Tarix: 18-06-2023, 09:37
Xəbəri paylaş





Xəbər lenti