Gədəbəyə gedən jurnalistlər döyülüb? - DİN-dən açıqlama


Gədəbəydə jurnalistlərin saxlanıldığı və zorakılığa məruz qaldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.
O iddia edir ki, iki jurnalist - Nigar Mübariz və Nərgiz Absalamova Gədəbəydə saxlanılaraq zorakılığa məruz qalıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov yeniavaz.com-a bildirib ki, sözügedən iddialar əsassızdır:
"Həmin jurnalistlər qeyri-qanuni olaraq Gədəbəyin Söyüdlü kəndinə daxil olmaqa çalışıblar və ərazidən uzaqlaşdırılıblar. Saxlanılma və zorakılıq iddiaları əsassızdır".
E.Qasımov bildirib ki, kəndə jurnalistlərin də girişi qadağandır.
Qeyd edək ki, gün ərzində müxtəlif media nümayəndələri Söyüdlü kəndində çəkiliş aparıb, reportajlar hazırlayıblar. Həmçinin mətbuatda Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın fəaliyyəti ilə bağlı da müxtəlif məqalələr dərc olunub. Maraqlıdır ki, bəzi KİV nümayəndələri kənddə fəaliyyətlərini icra edə bildikləri halda, bir qisminin Söyüdlüyə girişi qeyri-qanuni hesab olunub.
Eşqin Qasımov bildirib ki, sözügedən jurnalistlər Komissiya ilə birlikdə kəndə gəlib, daha sonra kəndi tərk ediblər.
İndi jurnalistlərin kəndə hansı əsasla buraxılmaması ilə bağlı sualımıza DİN-in əməkdaşı belə cavab verib:
"Səhər olardı, indi olmaz".
Tarix: 22-06-2023, 22:34
Xəbəri paylaş





Xəbər lenti