Erməni “qanuni oğru” və dəstəsi İspaniyada ələ keçdi –FOTO, VİDEO


 
Avropa Polis Təşkilatı (Europol) Ermənistan və Gürcüstandan olan cinayətkar qruplaşmanın 28 üzvünün həbs edildiyini açıqlayıb.
“Report”un məlumatına görə, Europol əmlak cinayətləri, reketçilik, hədə-qorxu ilə pul tələb etmək və çirkli pulların yuyulmasında iştirak edən “qanuni oğru” adlanan böyük cinayət şəbəkəsinin sıradan çıxarılmasında Fransa Milli Polisinə və İspaniya Milli Polisinə dəstək verib.
Araşdırma zamanı məlum olub ki, cinayətkar şəbəkə oğurlanmış malların satışı, tütün qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olub.
2020-ci ilin noyabr ayından Fransa polisi cinayət strukturunda qanuni oğrulara aid olmaqda şübhəli bilinən şəxsləri araşdırır. İstintaq Fransada və İspaniyada yerləşən, İspaniyada qanun oğrunun rəhbərlik etdiyi erməni cinayət təşkilatının üstünü açıb.





Tarix: 29-06-2023, 09:30
Xəbəri paylaş





Xəbər lenti