Daşqın Kəlbəcərin ermənilər məskunlaşmış bu kəndi ilə əlaqəni kəsdi... - FOTO

Daşqın Kəlbəcərin ermənilər məskunlaşmış bu kəndi ilə əlaqəni kəsdi...
Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiyanın müvəqqəti(!) nəzarətində və elə həmin imperiyanın himayəsindəki separatçı-terrorçu hayk rejiminin faktiki işğalı altında qalan “Qarnakar” adlandırılmış Çormanlı kəndinin körpüsü güclü sel nəticəsində tamamilə sıradan çıxıb.

SİAM.AZ Moderator.az-a istinadən xəbər verir ki, bu haqda separatçı-terrorçu rejimin qanunsuz “dövlət naziri” Qurgen Nersisyan öz “Facebook” səhifəsində yazıb və olaya dair fotonu təqdim edib.

“Lakin artıq problemin alternativ, məhdud imkanlı həll yolu tapılıb və sözügedən icmaya lazımi miqdarda un göndərilib, yaxın vaxtlarda dərman da göndəriləcək”, -deyə separatçı məmur əlavə edib.

Zəruri arayış:

Çormanlı (əvvəlki adı: Qarnakar) — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənddir. Kənd Xaçınçayın sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qarnakar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Qarnakar kəndi Çormanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Tarixi və toponimikası

XIX-XX əsrlərdə Dovşanlı və Vəng kəndlərindən gəlmiş ermənilər burada məskunlaşdıqdan sonra kəndi Qarnakar (erm. qarna - oyuq, sərhəd nişangahı və kardaş) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Çormanlı kimi rəsmiləşdirilmişdir. Etnotoponimdir.

Çormanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çormanlı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir...

P.S. Xatırladaq ki, Kəlbəcər rayonunun hələ də ermənilərin məskunlaşdığı və Rusiyanın nəzarətində qalan daha 22 belə kəndi var...
Tarix: 2-07-2023, 10:46
Xəbəri paylaş





Xəbər lenti