Kəmaləddin Heydərova bağlı olduğu bildirilən şirkət barəsində qərar çıxarıldı


Bakı Kommersiya Məhkəməsində "GBR Trade" şirkətinin "Gilan Vegetables" MMC-yə qarşı iddası üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədirliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, "GBR Trade" şirkətinin iddiası rədd edilib.
 
Qeyd: "GBR Trade" şirkətinin "Gilan Vegetables" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
 
Xatırlatma: 10.12.2015-ci il tarixində dövlət qeydiyyatına alınan “Gilan Vegetables” MMC-nin də “Gilan Holdinq”ə məxsus olduğu bildirilir. Həm “Gilan Vegetables” MMC, həm də “Gilan Holdinq” MMC eyni hüquqi ünvanda – Yasamal rayonu Nərimanov pr, ev 206-da qeydiyyata alınıb.
 
Mətbuatda “Gilan Holdinq” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu barədə məlumatlar yayılıb.
 
Kamal Məmmədov
Tarix: 4-07-2023, 11:41
Xəbəri paylaş





Xəbər lenti