İcra başçısı şagirdlərin ayaqyolusunu zəbt edib - Əziz Əzizov indi də dolanışığını ayaqyolu hesablına təmin etməyə çalışır


İcra başçısı şagirdlərin ayaqyolusunu zəbt edib -
Teref.az-ın elektron poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:
Hörmətli redaksiya!
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yeni Suraxanı qəsəbəsində Qubadlı rayon Qaralar kənd orta məktəbinin ayaqyolusunu zəbt edib. Belə ki, məktəbin ayaqyolusunun kanalizasiya sisteminə çıxışı olmadığı üçün, çirkab sular məktəb hasarından kənarda qazılan “şambo”ya tökülürdü. Rayon ərazisindəki torpaqların istilasını həyata keçirən Əziz Əzizov bu kəs həmin əraziyə göz dikdiyi üçün “şambo” qazilan yeri asfaltladıb. Nəticədə, zəhərli qazların çıxması üçün “şambo”da qoyulan havalandırma deşikləri də qapadılıb. Əraziyə daş tökən icra başçısı, yaxın günlərdə “şambo”nun üzərində hansısa tikinti işi aparmağı planlaşdırır. Tikinti meydançasına nəzarət edəcək şəxsin qalması üçün əraziyə köşk də qoyulub.
Hörmətli redaksiya!
İcra başçısının ayaqyolu “şambo”sunu zəbt etməsi məktəblilərin həmin ayaqyolundan istifadəsini mümkünsüz hala gətirib. Hansı ki, həmin məktəbdə yüzlərlə şagird, eləcə də şəhid və qazilərin övladları təhsil alır. Onu da qeyd edək ki, icra başçısı rayon ərazisindəki torpaqları, eləcə də ictimai məkanları, yol və səkiləri bir çox hallarda özünü qazi adlandıran müxtəlif şəxslərin adı ilə zəbt edir. İş o yerə çatıb ki, qazı və veteran çətiri altında özünə geniş biznes quran Əziz Əzizov artıq məktəb ayaqyolsunu da ələ keçirməkdən çəkinmir. Valideynlər, eləcə də müəllimlər icra başçısının qorxusundan baş verənlərə açıq etirazlarını bildirməsələr də, vəziyyət həqiqətən də acınacaqlıdır. Təqdim etdiyimiz fotolar icra başçısının ayaqyolu “şambo”sunu “işğal etməkdə” nə qədər qərarlı olduğunu göstərir.
Sizdən icra başçısının bu qanunsuzluğunu araşdırmağı, baş verənləri ictimaiyyətin və əlaqədar dövlət qurumlarının diqqətinə çatdırmağı xahiş edirik.
Teref.az olaraq şikayət məktubunda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyinidə dərc etməyə hjazırıq!
Teref.az




Tarix: 13-07-2023, 09:30
Xəbəri paylaş





Xəbər lenti